NARKOMANLIĞA QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİNƏ HƏSR OLUNMUŞ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncədəki Heydər Əliyev Universitetində narkomaniyaya qarşı mübarizə üzrə profilaktik tədbirlər sahəsində təbliğat və maarifləndirmə işinin gücləndirilməsinə həsr olunmuş seminar-müşavirə keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının, Gənclər, İdman və Turizm, Daxili İşlər, Təhsil, Səhiyyə nazirliklərinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdikləri seminar-müşavirənin iştirakçıları əvvəlcə şəhər uşaq rəsm qalereyasının və rəssamlıq məktəbi şagirdlərinin narkomaniya əleyhinə çəkdikləri rəsmlərə baxmışlar.
Universitetin akt zalında davam edən seminar-müşavirədə respublikamızda narkomaniyanın vəziyyəti və bu xəstəliyin acı nəticələri barədə məruzələr dinlənilmişdir.
Sonda seminar-müşavirə iştirakçılarının suallarına aydınlıq gətirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]