NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR
Həmin dövrdə ayrı-ayrı şəxslərdən 200 kiloqramdan çox narkotik vasitələr, psixotrop maddələr və prekursorlar, o cümlədən 12 kiloqram 348 qram heroin, 55 kiloqram 585 qram tiryək, 4 kiloqram 180 qram həşiş, 116 kiloqram 634 qram marixuana, 663 ampula, 11789 həb güclü təsiredicilər, 13,38 qram sirkə anhidridi, 1 kiloqram 312 qram xaşxaş samanı götürülmüşdür. Göstərilən dövr ərzində yabanı halda bitmiş və qanunsuz əkilmiş 431 ton 941 kiloqram narkotik xassəli bitkilər məhv edilmişdir.
Hüquq mühafizə orqanları əsas diqqəti yenə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə, daxilolma mənbələrinin aşkar edilməsinə yönəltmişlər ki, bu da öz müsbət nəticəsini verir.
Cari ilin doqquz ayında bu növ cinayətlər törətdiklərinə görə 1364 şəxs yaxalanaraq məsuliyyətə cəlb edilmişdir. Onlardan 68 nəfəri xarici vətəndaşdır. Məsuliyyətə cəlb olunmuş əcnəbilərdən 31 kiloqram 165 qram müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Həmin şəxslərdən 49 nəfəri İran, 12-si Gürcüstan, 4-ü Rusiya, 1-i Ukrayna, 1-i İsrail və 1-i Özbəkistan vətəndaşıdır.