NASA GÜNƏŞƏ EKSPEDİSİYA GÖNDƏRİR
Mətbuat xidmətində bildirmişlər ki, “Qolf üçün elektromobil ölçüsündə olan iki eyni cür peyk STEREO missiyası çərçivəsində Kanaveral burnundan buraxılacaqdır. Peyklərin müşahidələri alimlərə Günəşin ilk dəfə olaraq üç ölçüdə təsvirlərini yaratmağa imkan verəcəkdir ki, o da, öz növbəsində, bu planetin aqressiv ətraf mühitini və onun Günəş sisteminə təsirini öyrənməyə kömək edəcəkdir. Bu məlumatlar Günəşin kosmik havanı necə “yaratdığını” başa düşmək üçün olduqca vacibdir.
İkiillik ekspedisiya zamanı peyklər Günəş sistemimizdə ən güclü partlayışlardan biri olan tac atımlarının əmələ gəlməsini, fəaliyyətini və nəticələrini öyrənəcəkdir. Bu atımlar Yer kürəsinə doğru istiqamətlənərək, Yer orbitində olan digər peyklərin işinə, habelə radiokommunikasiya və enerji sistemlərinin işinə ciddi təsir göstərə bilər. Bundan başqa, Günəşdə partlayışlar zamanı əmələ gələn yüksək enerji zərrəcikləri kosmik gəmilər və kosmonavtlar üçün də təhlükə yarada bilər.
STEREO missiyasının elmi əməkdaşı Maykl Kayzer demişdir: “Kosmik havanı proqnozlaşdırmaqda biz 1950-ci illərdə işləmiş meteoroloqların səviyyəsindəyik. Onlar qasırğaları fırtına buludları yalnız başlarının üstünü kəsəndə görürdülər. İndiki şəraitdə isə biz fırtınalar Günəşi tərk etdikdə görürük və bundan sonra vəziyyətin modelini qurmağa, yəni fırtınaların Yer kürəsinə təsir göstərib-göstərməyəcəyi barədə fərziyyələr hazırlamağa başlayırıq”.
Günəşin üçölçülü təsvirlərini almaq üçün NASA peykləri müxtəlif orbitlərdə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]