Nasar Hayat: Laboratoriyalar güvən və etibar məkanlarıdır
Bakı, 24 aprel, AZƏRTAC
Mənim üçün memarlıq şəhərin qəlbidir. Laboratoriyalardan, heyvan kəsimi məntəqələrindən, heyvan bazarlarından, qida ilə bağlı obyekt və subyektlərdən danışdıqda milli səviyyədə qida təhlükəsizliyinin memarlığından bəhs etmiş oluruq. Yaxşı layihələndirilmiş binalar risklərin qarşısını alır. Risklərin idarəolunması əsas məsələdir. Burada laboratoriyalar xüsusən önəmlidir.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəsi Muhamməd Nasar Hayat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" və WUF13 çərçivəsində " Təhlükəsiz qidanın memarlığı" mövzusuna həsr olunmuş konfransda çıxış edərkən deyib.
O qeyd edib ki, laboratoriyalara texniki məkan kimi baxılmır: "Onlar güvən və etibar məkanlarıdır. Laboratoriyalar sübutlar yaradır və onlar əsasında qərarlar verilir. Təhlükəsiz ərzağın kökündə yaxşı memarlıq dayanır. Biz mənzillərimizdə qidaları necə saxlayacayıqsa, nəticə də ondan ibarət olacaq".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]