Natiq Şirinov: Rəqəmsal həllər gömrük prosedurlarını daha çevik və səmərəli edir VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
"Bir Pəncərə" platforması sahibkarlar üçün gömrük prosedurlarının sadələşdirilməsi və dövlət xidmətlərinin əlçatanlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov "Bir Pəncərə" Rəqəmsal Logistika Platformasının rəsmi təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, layihənin tam tətbiqindən sonra sahibkarların eyni məlumatı müxtəlif dövlət qurumlarına təkrar təqdim etməsinə ehtiyac qalmayacaq: “Məlumat mübadiləsi vahid elektron platforma vasitəsilə həyata keçiriləcək ki, bu da həm vaxt itkisini, həm də inzibati yükü əhəmiyyətli dərəcədə azaldacaq. Rəqəmsal texnologiyaların tətbiqi gömrük rəsmiləşdirilməsinin sürətini artırmaqla yanaşı, xidmətlərin şəffaflığını və operativliyini də yüksəldəcək.