NATO GÜRCÜSTAN-ACARISTAN PROBLEMİNİN DANIŞIQLAR YOLU İLƏ HƏLLİNƏ TƏRƏFDARDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, NATO-nun baş qərargahının nümayəndəsi bildirmişdir ki, alyans Tbilisi ilə Batumi arasında münasibətlərin gərginləşməsindən narahatdır və problemin danışıqlar, dialoq yolu ilə həllinə tərəfdar çıxır.
Onun sözlərinə görə, gərginliyin silahlı toqquşmaya keçmək əlamətləri yoxdur, hələlik tərəflər siyasi bəyanatlar və iqtisadi sanksiyalarla bir-birinə hədə-qorxu gəlirlər.
Alyansın nümayəndəsi vurğulamışdır ki, NATO Gürcüstanın ərazi bütövlüyünün qorunmasına tərəfdardır. Baş qərargah Gürcüstanın NATO-dakı nümayəndələri ilə müntəzəm əlaqə saxlayır, üzv ölkələrin səfirləri problemlə bağlı fikirlərini bildirirlər. Buna baxmayaraq, NATO hesab edir ki, hər hansı təşəbbüslə çıxış etmək hələlik tezdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]