NATO-nun Baş katibi Kiyevə silah tədarükünü sülhə aparan ən qısa yol adlandırıb
Bakı, 30 dekabr, AZƏRTAC
Rusiya başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə çata bilməyəcək. NATO ölkələrinin Ukraynaya silah tədarükü tezliklə atəşkəsə gətirib çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində deyib.
“Moskva başa düşməlidir ki, Ukraynada öz məqsədlərinə nail ola bilməyəcək. Bu, paradoks kimi səslənə bilər, lakin Ukraynaya hərbi dəstək sülhə aparan ən qısa yoldur”, - deyən Y.Stoltenberq hesab edir ki, yalnız bundan sonra sülh danışıqları mümkün olacaq.
Eyni zamanda, NATO-nun Baş katibi Kiyevin Rusiyadakı hərbi obyektlərə hücumlarını tamamilə qanuni hesab etdiyini açıq şəkildə bildirib. O qeyd edib ki, Ukrayna da daxil olmaqla, hər bir ölkənin özünü müdafiə etmək hüququ vardır.
Kiyevin orta mənzilli raketlərlə təmin olunması imkanlarına toxunan Yens Stoltenberq NATO müttəfiqlərinin xüsusi döyüş sistemlərinin tədarükü ilə bağlı daim dialoqda olduqlarına diqqət çəkib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [23:16]
“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır
- 15.10.2026 [22:43]
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
- 15.10.2026 [22:24]
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]