NATO QÜVVƏLƏRİNİN İRAQDA YERLƏŞDİRİLMƏSİ ÜÇÜN BMT-NİN MANDATI VƏ İRAQ HÖKUMƏTİNİN XAHİŞİ GƏRƏKDİR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, bunu NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer Almaniyanın “Döyçlandradio” radiostansiyasına müsahibəsində açıqlamışdır. O, BMT Təhlükəsizlik Şurasının İraqa dair yeni qətnaməsinin tezliklə qəbul edilməsinə tərəfdar olduğunu bildirərək demişdir ki, Şimalı Atlantika İttifaqının sabitləşdirmə qüvvələrini bu ölkədə yerləşdirmək üçün BMT xüsusi mandat verməlidir.
Sxefferin sözlərinə görə, Təhlükəsizlik Şurasının yeni qətnaməsi NATO-nun İraqda rolunun gücləndirilməsini orada İttifaqın sabitləşdirmə korpusunu yerləşdirmək yolu ilə reqlamentləşdirməlidir. İraqın qanuni hökuməti yaradılmayınca, NATO ölkədə sülhün və təhlükəsizliyin qorunması üzrə əməliyyatlar aparmağı planlaşdırmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]