Naxçıvan Dövlət Universiteti Hərbi tibb ixtisasına tələbə qəbulu elan edir
Naxçıvan, 18 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti 2021-2022-ci tədris ili üçün Hərbi tibb ixtisasına tələbə qəbulu elan edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, universitetin Tibb fakültəsinin nəzdində açılan Hərbi tibb ixtisası üzrə tədris əyani formada və Azərbaycan dilində aparılır. Təhsil müddəti 6 ildir.
Hərbi tibb ixtisasına cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) və hərbi vəzifəlilər qəbul edilir.
Hərbi tibb ixtisasına qəbul olmaq istəyən namizədlər 1 aprel 2021-ci il tarixdən 30 aprel 2021-ci il tarixinədək ərizə ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanlığına müraciət etməlidirlər.
Sənədlər Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində yaradılmış komissiya tərəfindən qəbul olunur. Əlavə məlumatlar Naxçıvan Dövlət Universitetinin internet saytında (www.ndu.edu.az) yerləşdiriləcək. Ünvan: Naxçıvan şəhəri, Universitet şəhərciyi, AZ7012, Naxçıvan Dövlət Universiteti. Telefon: (+99436) 544-08-61 (2700), +99450 300 42 80, faks: (+99436) 545-72-88, e-poçt: [email protected] / [email protected] .