NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Ali Məclisin sədri Vasif Talıbov son illərdə Azərbaycan Prezidentinin tapşırığı ilə bölgələrdə, o cümlədən muxtar respublikada modul tipli elektrik stansiyalarının inşa edildiyini xatırlatmışdır. Eyni zamanda bildirmişdir ki, ümummilli liderimiz Naxçıvanda işlədiyi dövrdə şəhərin yaxınlığında tikilmiş istilik elektrik stansiyasında yenidənqurma işləri aparılmışdır. Bundan əlavə, Heydər Əliyev su anbarında gücü 4,5 meqavat olan stansiya xəttə qoşulmuş, yaxın vaxtlarda Ordubad SES-in tikintisinə başlanacaqdır.
Ali Məclisin sədri payız-qış mövsümünə hazırlıqla əlaqədar ayrı-ayrı sahələrdə bir sıra nöqsanların olduğunu da bildirmiş, onların aradan qaldırılması üçün konkret vaxt vermişdir.
Müşavirədə 2006-cı il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın vəziyəti ilə əlaqədar Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov məlumat vermişdir. Bildirilmişdir ki, bu il keçiriləcək bələdiyyə seçkilərinə müxtəlif partiyaları təmsil edən 237 nəfərin namizədliyi qeydə alınmışdır.
Bələdiyyə seçkiləri muxtar respublikanın 6 seçki dairəsi üzrə 80 məntəqədə keçiriləcəkdir. Hazırda dairə və məntəqə seçki komissiyaları təqvim planına uyğun olaraq, seçkilərə hazırlıq işlərini davam etdirir. Namizədlərin təbliğat-təşviqat kampaniyası başlanmışdır. Hazırlıq işləri göstərir ki, muxtar respublikada bələdiyyə seçkiləri tam demokratik şəraitdə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]