Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

Ölkə rəhbəri kimi muxtar respublikaya – bu qədim yurda hər səfəriniz unudulmaz günlər kimi yadda qalır, əhalini daha böyük nailiyyətlərə, quruculuğa, tikib-yaratmağa sövq edir. Əgər Naxçıvana birinci səfərinizdən müasir standartlara cavab verən beynəlxalq hava limanı, hərbi hissənin yeni korpusu və xidmət infrastrukturları, Naxçıvan Dövlət Universitetinin elektron kitabxanası, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi üçün yeni institut binası, Əlillərin Bərpa Mərkəzi, Yeyinti sənayesi kompleksi kimi mühüm sosial və müdafiə əhəmiyyətli obyektlər həyata vəsiqə aldısa, ikinci səfəriniz zamanı ulu öndərimizin adını daşıyan məktəbin, Naxçıvan üzgüçülük mərkəzinin, Mülki müdafiə regional mərkəzinin açılışını etdiniz.

Bu qədim yurda yaraşıq verən tikililər, muxtar respublikanın rayonlarında, kənd yerlərində inşa olunan onlarca məktəb, səhiyyə obyekti, emal müəssisələri, əlillər, qaçqın və köçkünlər üçün evlər, inzibati binalar Naxçıvanda Sizin yadigarlarınızdır, davam və inkişaf etdirdiyiniz Heydər Əliyev quruculuq xəttinin bəhrələridir.

Bu gün onların sırasına daha bir vacib obyekt - Naxçıvan Diaqnostika Mərkəzi daxil olur. Cənab Prezident, muxtar respublika sakinlərinin sağlamlığına ən böyük bir töhfə olan bu obyektin tikintisi üçün Sizə naxçıvanlıların sonsuz minnətdarlığını və dərin ehtiramını bildirirəm.

Qurub-yaratmaq, əhalinin qayğısına qalmaq ulu öndərimizin dövlətçilik fəaliyyətinin üstün istiqaməti, idarəetmə fəlsəfəsi idi. Aqillərin belə bir kəlamı var: “Əgər hökmdarlar müdrik olsaydı, bəşəriyyət necə də xoşbəxt olardı”. Azərbaycan xalqı xoşbəxtdir ki, onun belə bir müdrik rəhbəri, ümummilli lideri vardır. Bu gün Azərbaycan əldə etdiyi bütün nailiyyətlərə görə möhtərəm Heydər Əliyevə borcludur. Ulu rəhbərimiz olduqca qısa zaman kəsiyində əsrlərə bərabər işlər gördü. Müstəqil Azərbaycan dövlətini yaratdı, onun inkişafının ən üstün istiqamətlərini müəyyənləşdirdi. Təkcə xalqı xoşbəxt etməyin yolunu göstərmədi, həm də bu yolun əsasını qoydu. Bu, quruculuq yolu Heydər Əliyev yoludur. Xalqımız, dövlətimiz bu yolla gedərək, ölkə rəhbəri hörmətli İlham Əliyevin rəhbərliyi altında bu yolu davam etdirərək, hər gün yeni uğur qazanır, yeniliyə, tərəqqiyə qovuşur. Azərbaycan inkişaf etdikcə, Heydər Əliyevin siyasəti, adı və ənənələri də yaşayır.

Bu unudulmaz gündə bütün uğurlarımızın təminatçısı olan ümummilli liderimizin əziz xatirəsini bir daha yad edirik.

Azərbaycan ümummilli liderimizin şah əsəridir. Bu əsərin son 35 illik tarixini vərəqləsək, aydın görmək mümkündür ki, möhtərəm Heydər Əliyev daim xalqı, onun rifahını düşünmüşdür.

Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci dövründə - ötən əsrin 70-ci illərində həyata keçirilən sosial siyasət xalqın mədəniyyətinin, tarixi ənənələrinin bərpası ilə yanaşı, irimiqyaslı tədbirlərin həyata keçirilməsini, səhiyyə - sağlamlıq müəssisələrinin yaradılmasını da nəzərdə tuturdu. Keçmiş imperiyanın aqrar əlavəsi olan, əhalisi yoxsulluq şəraitində yaşayan, geridə qalmış respublikada bütün bunları həyata keçirmək isə ilk baxışda asan deyildi. Lakin ümummilli liderimizin qətiyyəti, iradəsi nəticəsində Azərbaycan geriliyin daşını atdı, iqtisadiyyatı inkişaf edən, əhalisinin güzəranı yaxşılaşan lider respublikaya çevrildi. Bu dövrdə aparılan məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bir çox sahələri kimi, tibb elmi və səhiyyə də sürətlə inkişaf etdi. Səhiyyə şəbəkəsi genişləndirildi, tibbi kadrların hazırlanması sahəsində mühüm nailiyyətlər qazanıldı. Təkcə Bakıda yox, rayonlarda və ən ucqar kəndlərdə də yeni xəstəxana və dispanserlər, tibb məntəqələri yaradıldı.

1987-ci ildə ümummilli liderimiz siyasi hakimiyyətdən istefa verəndən sonra ölkə həyatında geniş mənada sosial fəlakət başlandı. Müəssisələr, xəstəxanalar dağıdıldı. Əlillərə, veteranlara, ziyalılara münasibət dəyişdi. Ölkəni məhvə aparan bu mənfur siyasətə, dağıdıcı psixologiyaya ümummilli liderimizin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə son qoyuldu. Azərbaycan yenidən öz doğru yoluna - Heydər Əliyev quruculuq xəttinə qayıtdı.

Yeni şəraitdə Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasını ümummilli liderimiz belə müəyyənləşdirmişdi: “Strateji xəttimiz - sərbəst iqtisadiyyat, özəlləşdirmə və sosial inkişaf yoludur”.

Bu yol bu gün ümummilli liderimizin quruculuq xəttinin davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Möhtərəm Heydər Əliyev 2002-ci ildə Naxçıvana səfəri zamanı demişdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım və arzularım yerinə yetirilsin”. Cəmi bir il sonra, 2003-cü ildə Azərbaycan xalqına məşhur Müraciətində ümummilli liderimiz bu planları, arzuları yerinə yetirəcək şəxsiyyətin İlham Əliyev olduğunu bəyan edərək deyirdi: “O, yüksək intellektli və praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcəkdir”.

Artıq üçüncü ildir ki, hörmətli Prezidentimiz ümummilli liderimizin ümidlərini şərəflə doğruldur. Xalqın ona olan inam və etimadını doğruldur.

Xalq inamı birdən-birə yaranmır. Bu, konkret işə və nəticəyə söykənir.

Bu inamın kökündə hörmətli İlham müəllimin siyasətçi və millət vəkili kimi Avropa Şurası Parlament Assambleyasındakı gərgin və səmərəli fəaliyyəti, daim ölkəmizin milli maraqlarından çıxış etməsi dayanırdı.

Bu inamın kökündə Milli Olimpiya Komitəsinin Prezidenti kimi gördüyü işlər dayanırdı. Qısa müddətdə görülən tədbirlər nəticəsində Azərbaycan əvvəllər beynəlxalq yarışlara çətinliklə vəsiqə qazanan ölkədən beynəlxalq yarışların keçirildiyi ölkəyə çevrildi. Bakıda və ölkəmizin regionlarında, o cümlədən Naxçıvanda olimpiya idman kompleksləri, üzgüçülük mərkəzləri, digər idman obyektləri tikilib gənclərin sərəncamına verildi.

Bu inamın kökündə Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti kimi kifayət qədər mürəkkəb bir şəraitdə Azərbaycanın milli və iqtisadi maraqlarına cavab verən neft müqavilələrinin reallaşdırılmağa başlanmasına nail olması dayanırdı.

Bu sahələrdə liderliyə nail olan və onun qorunub saxlanmasını təmin edən möhtərəm Prezidentimiz Azərbaycanın regionda da lider ölkəyə çevrilməsini təmin etmişdir.

Bu, yeni şəraitdə Heydər Əliyev yolunun davam etdirilməsinin ən gözəl nümunəsidir.

Ümummilli liderimizin müəyyənləşdirdiyi quruculuq proqramı bütün sahələrdə, o cümlədən sosial inkişaf sahəsində də davam etdirilir. Ölkə Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəldilmiş yeni mərhələnin əsasını qoymuşdur. İqtisadiyyat inkişaf etdikcə, özəlləşdirmə prosesləri dərinləşdikcə, sosial məsələlərə diqqət daha da artır. Bu məsələdə ardıcıl siyasət yeridilməsinin vacibliyini bildirən ölkə Prezidenti demişdir: “Prezident Heydər Əliyevin siyasəti nəticəsində əldə edilmiş uğurlar bizə imkan verir ki, Azərbaycanda ən çətin vəziyyətdə olan xəstələrə, əlillərə böyük qayğı və diqqət göstərək. Bu siyasət bizə imkan verir ki, lazımlı, xəstələrə kömək edəcək müəssisələr tikilsin, istifadəyə verilsin. Azərbaycanda bu siyasət davam edəcəkdir. Buna alternativ ola bilməz”.

Möhtərəm Prezident!

Siz ölkəmizin rayonlarına hər səfərinizdə vacib sosial obyektlərin açılışında və ya təməlqoyma mərasimlərində iştirak edirsiniz, onlara xeyir-dua verirsiniz. 2004-cü ildə Naxçıvana səfəriniz zamanı Sizin tapşırığınızla ayrılmış vəsait hesabına alınmış və Naxçıvan Respublika xəstəxanasında quraşdırılmış Yaponiya istehsalı olan kompüter tomoqrafiya aparatının istifadəyə verilməsi mərasimində iştirakınız bu sahəni şəxsi nəzarətə götürməyinizin əyani ifadəsi idi. Bu gün daha vacib bir obyektin - Naxçıvan Diaqnostika Mərkəzinin təməlinin qoyulmasında iştirak etdiniz. Bütün bunlar əsası ümummilli liderimiz tərəfindən qoyulan xəttin - insanların sağlamlığının qorunması, buna hər cür qayğı göstərilməsi kimi dövlət siyasətinin davam etdirilməsinin nümunəsidir.

Bu, nəinki Naxçıvan Muxtar Respublikasında, hətta ətraf regionlarda da analoqu olmayan bir mərkəz olacaqdır. Naxçıvanda diaqnostika mərkəzinin tikilməsi müayinə üçün başqa ölkələrə müraciət edən xəstələrə muxtar respublika ərazisində yüksək tibbi xidmət göstərilməsinə şərait yaradacaqdır. Bu, blokada şəraitində yaşayan, ölkəmizin əsas ərazisinə gediş-gəliş imkanı məhdud olan muxtar respublika əhalisi üçün çox böyük diqqət və qayğı deməkdir. Bu diqqətə və yüksək dövlət qayğısına görə Sizə bir daha minnətdarlığımızı bildiririk.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib