Naxçıvan sakinlərinin ilk qar sevinci – FOTOLAR
Naxçıvan, 14 yanvar, Gülməmməd Əliyev AZƏRTAC
Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yanvarın 13-ü axşam saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb.
İlk qarın sevincini yaşayan sakinlər, xüsusən azyaşlılar əsl bayram edib, ağ örpəyə bürünən parklarda xoş və əyləncəli zaman keçiriblər
Qeyd edək ki, muxtar respublikanın dağlıq bölgələrində yağıntının miqdarı daha çox olub.