Naxçıvanda elektrik enerjisi dəyərinin terminallarda ödənişi bərpa olunur
Naxçıvan, 10 avqust, AZƏRTAC
“Naxçıvanbank” ASC adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrildiyindən 23 iyun 2024-cü il tarixində saat 23:00-da ona məxsus ödəmə məntəqələrində elektrik enerjisinin dəyərinin ödənilməsi və smart-kart tipli sayğacların balansının artırılması dayandırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mövcud çətinliyi aradan qaldırmaq üçün Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti “MPAY” Qapalı Səhmdar Cəmiyyəti ilə smart-kart tipli elektrik sayğaclarının balansının artırılması və onlayn ödənişlərin həyata keçirilməsi məqsədilə müqavilə imzalayıb.
Hazırda Naxçıvan şəhəri üzrə bir neçə yerdə - Əliabad qəsəbəsindəki "Baba" marketdə, aviakassanın və əvvəlki "Naxçıvanbank"ın qarşısındakı ödəmə məntəqələrində smart-kart tipli elektrik sayğaclarının ödənişlərinin bərpası təmin olunub. Gələn həftədən etibarən muxtar respublika üzrə bütün ödəmə məntəqələrində smart-kart tipli elektrik sayğaclarının balansını artırmaq mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:35]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var
- 15.10.2026 [20:35]
Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
- 15.10.2026 [20:30]
Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO
- 15.10.2026 [20:21]
“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO
- 15.10.2026 [19:52]