Naxçıvanda əmək pensiyalarının maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
Naxçıvan, 13 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu aprel ayında əhaliyə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.
Muxtar respublikanın Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, pensiyaçılar pensiyalarını plastik bank kartları vasitəsilə bankomatlardan, kənd yerlərində yaşayan pensiyaçılar isə onların istəkləri nəzərə alınaraq poçt bölmələrindən də ala bilərlər.
Bundan başqa, əhaliyə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin də maliyyələşdirilməsi üçün hazırda müvafiq işlər görülür.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq sığortaolunanların pensiya təminatlarında məcburi dövlət sosial sığorta haqqı şəklində toplanan pensiya kapitalı nəzərə alınır. Ödənilən məcburi dövlət sosial sığortası vətəndaşların bu günü və gələcəyinin təminatıdır. Eyni zamanda, məcburi dövlət sosial sığorta haqqı üzrə vəsaitin fondun xəzinə hesabına vaxtında daxil olması əmək pensiyaları və məcburi dövlət sosial sığortası üzrə ödəmələrin də vaxtlı-vaxtında maliyyələşdirilməsinə şərait yaradır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:29]
Tovuzda ağır yol qəzası olub, ölən var
- 13.06.2026 [23:15]
Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib
- 13.06.2026 [22:57]
Qəbələdə inklüziv sinfin ilk buraxılışı olub
- 13.06.2026 [20:34]
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [17:55]
Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb
- 13.06.2026 [17:50]
Qazax-Tovuz regionunda 6678 şagird məzun olub
- 13.06.2026 [17:15]
Naxçıvanda 3698 şagird məzun olub VİDEO
- 13.06.2026 [17:11]