REGİONLAR
Naxçıvanda məktəblilərin yay tətili səmərəli təşkil olunur
Naxçıvan, 10 iyul, AZƏRTAC
Tədris ilinin yekunlaşması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin yay tətili istirahətinin təşkili diqqətdə saxlanılır.
Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən internet resurslarından istifadə edərək onlayn qaydada şagirdlərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, müxtəlif yaradıcılıq işləri ilə motivasiya etmək üçün mütəmadi olaraq yaradıcılıq müsabiqələri, intellektual yarışlar, kitab mütaliələri, videodərslər, onlayn ekskursiyalar təşkil edilir.
Hazırda Uşaq-Gənclər Şahmat Məktəbi, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Turizm-Diyarşünaslıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbində onlayn yay dərsləri və yarışlar təşkil edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [15:05]
Tovuzda yük maşını körpüdən çaya aşıb FOTO VİDEO
- 01.05.2024 [13:14]
Respublika üzrə kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb
- 01.05.2024 [13:13]
Oğuzda silahlı şəxs saxlanılıb
- 01.05.2024 [11:53]
Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...
- 01.05.2024 [11:44]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək
- 01.05.2024 [00:22]