Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib
Naxçıvan, 9 avqust, AZƏRTAC
Naxçıvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Əlincə məhəlləsində olub. Belə ki, 1993-cü il təvəllüdlü Naxçıvan şəhər Qaraçuq kənd sakini Əliyev Nəsir Cahangir oğlu 77-KY-516 dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobillə yolu keçən Seyidova Ofelya Mirabdulla qızını vurub.
Zərərçəkmiş Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]