Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda rabitə və poçt xidmətləri vahid idarəetmə altında birləşdirilir

Naxçıvanda rabitə və poçt xidmətləri vahid idarəetmə altında birləşdirilir

Naxçıvan, 30 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında poçt və telekommunikasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni hüquqi və institusional model formalaşdırılıb. Bu məqsədlə müvafiq qərara əsasən, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Bu barədə AZƏRTAC-a Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Cəmiyyətin Nizamnaməsi təsdiq edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınıb və hüquqi şəxs kimi fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb. Hazırda MMC-nin təşkilati strukturunun formalaşdırılması, ştat cədvəlinin təsdiqi, kadrların komplektləşdirilməsi, funksional bölmələrin yaradılması və idarəetmə mexanizmlərinin qurulması istiqamətində ardıcıl işlər həyata keçirilir.

Yeni yaradılmış Mərkəzin əsas məqsədi poçt və telekommunikasiya sahəsində mövcud resursların vahid idarəetmə altında birləşdirilməsi, idarəetmədə çevikliyin artırılması, xərclərin optimallaşdırılması, texniki və insan resurslarından səmərəli istifadə olunması, həmçinin müasir xidmət modellərinin tətbiqidir. Bu struktur vasitəsilə həm poçt rabitəsi, həm də internet və digər rəqəmsal xidmətlər üzrə planlaşdırma, istismar, inkişaf və nəzarət funksiyalarının koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

“Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin fəaliyyəti çərçivəsində poçt və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, fiber-optik və rəqəmsal şəbəkələrin genişləndirilməsi, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, elektron xidmətlərin və rəqəmsal platformaların tətbiqi, region üzrə vahid texniki standartların formalaşdırılması, kadr potensialının gücləndirilməsi və peşəkar idarəetmə modelinin qurulması əsas prioritet istiqamətlər kimi müəyyən edilib.

Eyni zamanda, Mərkəz “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş rəqəmsal infrastrukturun genişləndirilməsi, yüksəksürətli internetə çıxışın təmin edilməsi və əhalinin rabitə xidmətlərinə əlçatanlığının artırılması üzrə tədbirlərin icrasında aparıcı institusional platforma rolunu oynayacaq.

Nazirlikdən bildirilib ki, hazırda təşkilati quruculuq mərhələsi davam edir. Yaxın dövrdə struktur bölmələrinin tam formalaşdırılması, fəaliyyət planlarının təsdiqi, investisiya və texniki inkişaf proqramlarının hazırlanması, habelə poçt və telekommunikasiya xidmətlərinin vahid konsepsiya əsasında yenidən təşkili nəzərdə tutulur.

Beləliklə, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin yaradılması muxtar respublikada rabitə və poçt sektorunun institusional baxımdan yeni mərhələyə keçidini, xidmətlərin keyfiyyətcə yüksəlməsini, rəqəmsal transformasiyanın sürətlənməsini və uzunmüddətli dayanıqlı inkişafın təmin edilməsini hədəfləyən strateji addım kimi qiymətləndirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DTX-nin ekstradisiya etdiyi şəxsə hökm oxunub

WUF13: Humanitar mina fəaliyyətinin kritik rolu müzakirəyə çıxarılıb

Karolina fon Aynem: İçərişəhər məni heyran etdi

Premyer Liqa: “Sabah” “Turan Tovuz”la, “Qarabağ” “Sumqayıt”la qarşılaşacaq

Etnik xalqların Ümumukrayna Forumunda Azərbaycan diasporu milli stendlərimizlə təmsil olunub

Azərbaycan nefti 114 dollardan baha satılır

Maldiv adaları təmsilçisi: Bakıda son dərəcə səmərəli görüşlər keçirdim

ÜST nümayəndəsi: Sağlam yaşayış üçün evin yerləşdiyi mühit də önəmlidir

UN-Habitat-ın eksperti: WUF13-də aparılan qlobal müzakirələr gələcəkdə yol xəritəsi rolunu oynayacaq

ABŞ Tayvana 14 milyard dollarlıq silah satışını dayandırıb

Daşkəsəndə vətəndaşların müraciətləri dinləniləcək

Mərkəzi Asiya genişmiqyaslı enerji transformasiyasına hazırlaşır

“Bloomberg”: ABŞ İrana qarşı əməliyyat zamanı “MQ-9 Reaper” dronlarının 20 faizini itirib

Bu gün Beynəlxalq Bioloji Müxtəliflik Günüdür

Conatan Uilyams: WUF13 dayanıqlı şəhərlər üzrə qlobal dəyişiklik ekosistemi formalaşdırır

Şimali Kipr nümayəndəsi: WUF13-də Osmanlı dövründə yanaşmanın izlərini gördük

İndoneziyada güclü zəlzələ baş verib

ABŞ üç Afrika ölkəsinə səfər edən əcnəbilərin ölkəyə girişini məhdudlaşdırıb

“Samsung” mühüm bazarda liderliyini itirib

Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil

Alimlər ilk dəfə dəridə yaşlanma əlamətlərini azaltmağa imkan verən preparat hazırlayıblar

İsveç aviasiyaya milyonlarla dollar ayırır

Mərakeşdə yaşayış binasının çökməsi nəticəsində 14 nəfər ölüb

Birol Akgün: Türk mətbəxi mədəni diplomatiyanın vacib alətidir

ABŞ Polşaya əlavə 5 min hərbçi göndərəcək

Çin səfiri: WUF13 Azərbaycanın artan gücünü və beynəlxalq nüfuzunu tam şəkildə nümayiş etdirir

Kriştianu Ronaldu Səudiyyə Ərəbistanında ilk titulunu qazanıb

ABŞ-də Atatürkün yaxından portretini çəkmiş azərbaycanlı rəssama həsr edilmiş kitabın təqdimatı olub

Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub

Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar

Türk mətbəxinin zəngin irsi Parisdə təqdim olunub

Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib

İçərişəhərdə WUF13-ə həsr olunmuş “Gələcəyin memarları” layihəsi təqdim olunub

WUF13 çərçivəsində tədbir: “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” VİDEO

WUF13 çərçivəsində tədbir: “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” VİDEO

Beynəlxalq Enerji Agentliyindən xəbərdarlıq: neft bazarları “qırmızı zona”ya daxil ola bilər

Fransa səfiri: Azərbaycanda keçirilən WUF13 böyük uğurdur

Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf, şəhərsalma, iqlim gündəliyi üzrə əməkdaşlığın vacibliyi qeyd edilib

Azərbaycan çayı yenidən FAO-nun Baş qərargahında təqdim edilib

Əl-Küveyt hava limanı fəaliyyətini bərpa edir

BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilkin mərhələsinin bağlanış mərasimi olub

Uqanda rəsmisi: Şəhərlərdə mənzil, infrastruktur və məşğulluq əsas problemlərdəndir VİDEO

Uqanda rəsmisi: Şəhərlərdə mənzil, infrastruktur və məşğulluq əsas problemlərdəndir VİDEO

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik dialoqu keçirilib

Azərbaycanın iki yunan-Roma güləşçisi Avropa çempionu olub

AFFA-nın Apellyasiya Komitəsi “Ağdaş”a II Liqa üçün lisenziya verib

“Astana Opera” teatrının səhnəsində Nizami Gəncəviyə həsr olunmuş opera nümayiş etdirilir

Azərbaycan və Qırğızıstan parlamentlərinin sədrləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər

WUF13-ün beşinci günündən FOTOLAR

Çernobıl AES ətrafındakı heyvanlar aləmi alimləri təəccübləndirib

Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfər edib

Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır VİDEO

BBC-nin əməkdaşı: Azərbaycan xalqı çətinliklərə baxmayaraq qurub-yaradır VİDEO

Premyer Liqa: "Qəbələ" "Şamaxı"ya qalib gəlib

CENTCOM: Hörmüz boğazında 94 ticarət gəmisi başqa istiqamətə yönəldilib

Misirdə böyük neft-qaz yatağı tapılıb

Nigeriyalı mütəxəssis: WUF13 mənim üçün peşəkar təcrübə oldu

Dünya mediası: Azərbaycan WUF13 vasitəsilə inkişaf etməkdə olan ölkələrin səsini dünyaya çatdırır

İlyas Demirci: Yaşayış sahələrimizi qorumaq üçün daha güclü qərarlar qəbul etməliyik

UN-Habitat-ın eksperti: Bakıda son dərəcə zəngin təəssüratlar əldə etmişəm

Xarici jurnalist: Cəmiyyətinizin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu VİDEO

Xarici jurnalist: Cəmiyyətinizin sülh və həmrəyliyi necə qoruduğu barədə məlumat almaq bizim üçün çox maraqlı oldu VİDEO

Bu saata olan əsas xəbərlər

Çuvaşiyalı nəğməkar şair: Türk ölkələrini birləşdirən layihələr onların arasındakı münasibətləri gücləndirir

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb VİDEO

Leyla Əliyeva Esvatini Kralı III Msvati ilə görüşüb VİDEO

Kəlbəcərdə qış turizm kompleksinin yaradılması planlaşdırılır

Azərbaycan Bayrağını yerdən qaldıran türküstanlı məktəbli: Buna laqeyd qala bilməzdim

Bəşir Hacıyev: Kəlbəcərdə 22.200 hektar ərazi minalardan təmizlənib VİDEO

Bəşir Hacıyev: Kəlbəcərdə 22.200 hektar ərazi minalardan təmizlənib VİDEO

Fərid Şəfiyev: Laçın və Kəlbəcər 1994-cü ildən sonrakı dövrdə sistemli şəkildə məhv edildi VİDEO

Fərid Şəfiyev: Laçın və Kəlbəcər 1994-cü ildən sonrakı dövrdə sistemli şəkildə məhv edildi VİDEO

WUF13-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təqdimat və proqramları maraqla qarşılanıb

WUF13 çərçivəsində “Bakı Baş Planı-2040”ın dayanıqlı şəhər inkişafı istiqamətlərindən danışılıb  - YENİLƏNİB

Xüsusi nümayəndə: Kəlbəcərdəki layihələr doğma torpaqlara həyatın yenidən qayıtdığını təcəssüm etdirir

WUF13-də media sessiyası: Beynəlxalq ekspert jurnalistlərə şəhərsalma mövzularının işıqlandırılmasından danışıb

Mədəniyyət Nazirliyində yubilyar mədəniyyət xadimləri ilə görüş olub

Xüsusi nümayəndə: Mənzil təminatı və sosial inklüzivlik Qarabağın bərpasında əsas prioritet istiqamətlərdəndir

UNECE-nin icraçı katibinin müavini ilə görüş baş tutub

Aqrar sahənin davamlı inkişafında dövlət-özəl tərəfdaşlığı - "Aqrar Süni İntellekt" layihəsi və dataəsaslı idarəetmə həlləri təqdim olunub

Almaniyada xarici investisiyaların azalması tendensiyası davam edir

Doğma yurda qayıdan sakinlər Ağdam Sənaye Parkında işlə təmin olunurlar

WUF13 çərçivəsində KOB-ların davamlı, inklüziv və dayanıqlı şəhər inkişafında rolu müzakirə olunub - YENİLƏNİB

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB VİDEO

WUF13: “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı sessiya baş tutub - YENİLƏNİB VİDEO

Anjela Makeyeva: Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə "Linqvist" liseyi və şəhər poliklinikası yenidən fəaliyyət göstərir

Almatıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq simpozium başlayıb

Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib

WUF13: Qlobal Cənubun sürətlə urbanizasiya olunan ölkələri üçün innovativ tərəfdaşlıqlar və həllər” mövzusunda panel yekunlaşıb

WUF13 çərçivəsində Ukraynada dayanıqlı mənzil həlləri müzakirə olunub

Müasir şəhərsalma standartları ilə dirçələn Ağdamdan REPORTAJ

Prezident İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib VİDEO

UN-Habitat: Dayanıqlı və aşağıkarbonlu şəhər inkişafında mənzil və iqlim siyasətlərinin inteqrasiyası vacibdir  - YENİLƏNİB

Xüsusi Nümayəndəliyin əməkdaşı: Dayanıqlı praktiki standartların yaradılması və inkişafı üçün möhkəm baza formalaşdırılır

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb VİDEO

ADA Universitetinin professoru Silja Tillner WUF13-də Vyana təcrübəsindən danışıb VİDEO

Böyük Qayıdış: Baş Qərvənd kəndinə ilk köçün bu il həyata keçirilməsi gözlənilir

BMT: Ötən il münaqişə zonalarında hər 14 dəqiqədə 1 mülki şəxs həlak olub

Mer: Xarkovun bərpasında beynəlxalq əməkdaşlıq mühüm rol oynayır

Ekspert: Genişmiqyaslı iqlim dəyişikliyi əsasən insan təsiri ilə bağlıdır

Məhəmmədəli Xudaverdiyev: Qlobal Cənub mühüm innovasiya və təcrübəyə sahibdir

Bakıdakı Ümumdünya Şəhərsalma Forumu gənclər üçün mühüm təcrübə platforması oldu

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının 8-ci iclası olub VİDEO

AQTA: Qurban bayramı ilə əlaqədar təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib

Şeri Ritsema-Anderson: Humanitar böhranlar zamanı milli sistemlərdən daha erkən mərhələdə istifadə olunmalıdır

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib

Bu ilin 4 ayında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 108 milyon manat vəsait ödənilib