Naxçıvanlı şahmatçı Azərbaycan birincisi olub
Naxçıvan, 8 iyun, AZƏRTAC
Bakı şəhərindəki Respublika Şahmat Mərkəzində uşaqlar və yeniyetmələr arasında keçirilən Azərbaycan birinciliyində 18 yaşadək qız şahmatçılar arasında Naxçıvan təmsilçisi Aynur Kətanova sona 1 tur qalmış qalibiyyətini rəsmiləşdirib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, keçirdiyi 7 görüşdən 5,5 xal toplayan Aynur Kətanova ən yaxın rəqibini 2 xal qabaqlayaraq son turun nəticəsindən asılı olmayaraq, Azərbaycan birincisi adına layiq görülüb.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirməsi - FIDE ustası Sadiq Məmmədov isə ikinci olub və Avropa çempionatına vəsiqə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:02]
Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə - TƏLİM
- 18.06.2026 [11:18]
GDU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
- 18.06.2026 [11:08]