Nazir müavini: Azərbaycan yaşıl enerji inqilabında da lokomotiv olmaq əzmindədir
Bakı, 11 iyun, AZƏRTAC
Ənənəvi enerji sahəsində lokomotiv rolunu oynamış Azərbaycan, bu gün yaşıl enerji inqilabında da öncül mövqeyə sahib olmaq əzmindədir.
AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində təşkil edilən “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan tədbirdə deyib.
Elnur Soltanov yaşıl enerji mövzusunda maraqlı məqamın yeni çağırışlarla bağlı olduğunu qeyd edib: “Bugünkü tədbirdə yaşıllaşma və dekarbonizasiyadan bəhs olundu. Bu çağırışlar, əslində, bizim coğrafiya üçün, eyni zamanda, bir fürsətdir. Bu imkanlardan maksimum yararlanmaq üçün bütün resurslarımızı səfərbər etməliyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:23]
NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib
- 29.09.2026 [12:20]
Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib
- 29.09.2026 [12:04]
Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb
- 29.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]