Nazir müavini: Ələt Azad İqtisadi Zonası Azərbaycanda istehsal müəssisələrinin qurulmasına şərait yaradır
Bakı, 14 oktyabr, AZƏRTAC
Ələt Azad İqtisadi Zonası okeana birbaşa çıxışı olmayan Azərbaycanda müasir istehsal müəssisələrinin qurulması üçün böyük şərait yaradır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci DİM dialoqunda çıxışı zamanı deyib.
“Azərbaycanın inkişaf strategiyasında iqtisadiyyatın mürəkkəbliyinin artırılması xüsusi önəm kəsb edir. İqtisadiyyatları bir-birindən fərqləndirən onların mürəkkəbliyidir. Mürəkkəblik bir çox bilik və bacarıqları özündə əks etdirən məhsul istehsalının həyata keçirilməsidir. Azərbaycanda qurulan sənaye parkları yüksəkixtisaslı mütəxəssislərin, xüsusilə də qeyri-neft sənayesi üzrə kadrların cəlb olunması üçün xüsusi lazımi təsisat institutları kimi çıxış edir. Sumqayıt Sənaye Parkının tərkibində fəaliyyət göstərən Peşə Təhsil Məktəbində ölkəmizdə fəaliyyət göstərən müəssisələr üçün sənaye ixtisasları üzrə kadrlar hazırlanır", - deyə S.Bəşirli qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:33]
“.az” domenlərinə qarşı “defacement” hücumları qeydə alınıb
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]