NAZİRLƏR KABİNETİNİN MƏTBUAT MƏRKƏZİNİN MƏLUMATI
Məlum olduğu kimi, 2002-ci il sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Gəncə Şəhər İcra Hakimiyyətində keçirdiyi geniş müşavirə zamanı şəhərin abadlaşdırılması ilə bağlı bir sıra probelmlərə toxunmuş və onların təcili aradan qaldırılması üçün müvafiq tapşırıqlar vermişdir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti mövcud imkanları araşdıraraq 2002-ci il 24 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırmışdır ki, Gəncə şəhərinin küçələrinin abadlaşdırılması üçün 700 milyon (yeddi yüz milyon)manat məbləğində vəsaitin Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılmasını təmin etsin.
Eyni zamanda Sərəncamda Gəncə Şəhər İcra Hakimiyyətinə tapşırılır ki, ayrılan vəsaitin təyinatı üzrə və məqsədyönlü istifadə edilməsini, habelə nəzərdə tutulan işlərin yüksək keyfiyyətlə yerinə yetirilməsini təmin etsin.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]