NEFT DAŞLARINDA HASİLAT ARTACAQDIR
Hazırda Neft daşlarında yeni platforma tikilir. Bu platformadan yaxın 3-4 il ərzində 32 quyunun qazılması nəzərdə tutulur. 2000-2200 metr dərinliyi olacaq quyuların hər birindən gündə 50-60 ton neft çıxarılması gözlənilir.
1949-cu ildən istismar edilən Neft daşları strukturunda hazırda 460 quyudan neft çıxarılır. Proqnozlara görə, yataqda 30 milyon ton neft ehtiyatı vardır.