NEFT FONDUNUN GƏLİRLƏRİ HESABINA MÜHÜM LAYİHƏLƏR MALİYYƏLƏŞDİRİLƏCƏKDİR
Qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsinə 110 311
min yeni Azərbaycan manatı (AZN), Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi xərclərinə 38 000 min manat, ölkəmizin 2006-cı il dövlət büdcəsinə transfertə 585 000 min manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsinə 90 000 min manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsinə 37 000 min manat, Dövlət İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına 90 000 min manat, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə 3 976,7 min manat vəsait ayrılacaqdır.
Xatırladaq ki, Fondun cari il üçün xərcləri 954 287,7 min yeni Azərbaycan manatı məbləğində nəzərdə tutulmuşdur.