Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” Beynəlxalq konfransı çərçivəsində sonuncu sessiyalar keçirilmişdir

Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə keçirilən “Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış” Beynəlxalq Konfransı çərçivəsində sonuncu sessiyalar başa çatmışdır. 

AZƏRTAC xəbər verir ki, “Neft sənayesində yaranan tullantıların idarə olunmasına innovativ yanaşma” mövzusuna həsr olunmuş dördüncü sessiyaya ARDNŞ-in ekologiya idarəsinin rəisi Azər Əliyev sədrlik etmişdir.

Sessiyada “Total Kəşfiyyat və Hasilat Azərbaycan” şirkətinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏM) üzrə meneceri Adil Babayevin “Qazma şlamının termo-mexaniki emalı - Abşeron layihəsi çərçivəsində qazma şlamının emalına dair müvafiq ekoloji qanunvericiliyə riayət edilməsi üçün təqdim olunan yeni texnologiya” mövzusunda məruzəsi dinlənilmişdir. Bildirilmişdir ki, şirkət tərəfindən qazma şlamının termomexaniki üsullarla, ətraf mühitə təsir göstərmədən təmizlənməsinə xüsusi önəm verilir. Azərbaycanda fəaliyyətinə 2009-cu ildə “Abşeron” yatağının işlənməsi layihəsinin operatoru kimi başlayan şirkət hazırda bu yataqda 500 metr dərinliyinə malik iki quyuda qazma işləri həyata keçirir. Bu quyularda aparılan işlər zamanı yaranan qazma şlamının 12,7 faizi zərərsizləşdirilmişdir. Ümumilikdə yataqdan bu günədək 10 min 8 ton qazma şlamı çıxarılmışdır ki, onun da 7 min 940 tonu təmizlənmişdir. Şirkətin tətbiq etdiyi yeni üsulun üstünlükləri az vaxt və az enerji sərfi ilə daha keyfiyyətli, tullantısız neftin alınmasına şərait yaratmasıdır.

Sonra “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş direktorunun müavini Rəşad İsmayılovun “Ekol Mühəndislik Xidmətlərinin tullantıların idarə olunması sahəsində təcrübəsi” adlı məruzə ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, QSC-nin əsas məqsədi müasir texnologiyalardan istifadə edilməklə ətraf mühitin mühafizəsi, sənaye çirkab, məişət və tullantı sularının təmizlənməsi, qazma şlamının zərərsizləşdirməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi istiqamətində xidmətlər göstərilməsindən ibarətdir.

Qeyd olunmuşdur ki, QSC-nin tullantıların emalı departamenti tərəfindən ilin ilk doqquz ayı ərzində Heydər Əliyev adına Bakı neft emalı zavodunun ərazisindən 7 milyon 476 min kubmetr, “Azərneftyağ” neft emalı zavodunun ərazisindən isə 8 milyon 822 min kubmetrdən çox sənaye çirkab suları təmizlənmişdir. Ötən müddətdə hər iki zavodun ərazisindən 29 tondan çox neftşlam emal olunaraq zərərsizləşdirilmişdir.

Bildirilmişdir ki, QSC tərəfindən Bakı Olimpiya Stadionunun ərazisindən 413 min 407 kubmetrədək, Bakı Ağ Şəhər layihəsi ərazisindən isə 282 min 210 kubmetrədək çirkab suları kənarlaşdırılmışdır. QSC-nin parafin təmizləmə sexi tərəfindən isə ötən müddətdə 112 tona qədər parafin sudan və mexaniki qarışıqdan təmizlənmişdir.

“E.A.R.T.H.” şirkətinin texniki xidmət üzrə direktoru Duane Raqbir sənaye sularının təmizlənməsi üçün müasir həllərdən danışmış, təmsil etdiyi qurumun bu sahədə istifadə etdiyi texnologiyalar haqqında məlumat vermişdir. Belə ki, əsasən Şimali və Cənubi Amerikada fəaliyyət göstərən şirkətin istifadə etdiyi yeni qurğu ilə suyun 99 faizi ağır maddələrdən və bakteriyalardan təmizlənir. Bu qurğunun üstünlüyü heç bir kimyəvi maddə istifadə olunmadan suyu təmizləməsidir.

“Lay sularının təsnifatı və emalı” mövzusunda məruzə ilə çıxış edən “BAUER Resources GmbH” şirkətinin idarə heyətinin üzvü Roman Breuer neft-qaz sahəsində avadanlıqlar və nasoslar istehsalından, Omanda suların, Almaniyada isə çirklənmiş torpaqların təmizlənməsi sahəsində görülən işlərdən danışmışdır.

Neft-qaz əməliyyatlarında ekoloji problemlər və onların həlli yollarına dair məruzə ilə çıxış edən ekologiya idarəsinin rəisi Azər Əliyev bildirmişdir ki, ARDNŞ-in istehsalat sahələrində ətraf mühitin sağlamlaşdırılması istiqamətində fəaliyyət ekoloji qanunvericiliyinin tələbləri və qəbul olunmuş proqramlara əsasən həyata keçirilir. 2008-ci ildə ARDNŞ-in ekoloji siyasətinə dair sənəd qəbul edilmişdir. Sənədə əsasən ekologiya idarəsi tərəfindən ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi, çirklənmə mənbələrinin və çirkləndiricilərin təyin olunması, analitik tədqiqatlar, mühitin çirklənmə dərəcəsinin müəyyənləşdirilməsi və çirklənmələrin aradan qaldırılması üçün elmi cəhətdən əsaslandırılmış təkliflər hazırlanmışdır. İdarədə “ArcView” və “ArcGİS 10.1” proqramı ilə idarə olunan ekoloji məlumat bazası yaradılmışdır. Bu, ekoloji vəziyyətin dəyişmə tendensiyasını izləməyə, çirklənmə mənbələrini vaxtında aşkarlamağa, ekoloji riskləri müəyyənləşdirməyə və ətraf mühitin vəziyyəti barədə proqnoz verməyə imkan yaradır.

A.Əliyev vurğulamışdır ki, 2006-cı ildən başlayaraq ARDNŞ-də optimal təmizləmə texnologiyaları tətbiq olunur və 1300 hektara yaxın neft və neft məhsulları ilə çirklənmiş ərazinin bərpası istiqamətində işlərə başlanılmışdır. Həmçinin şirkətin müəssisə və təşkilatları ağac və kol tingləri ilə təmin edilir, yaşıllıqlara müvafiq aqrotexniki qulluq göstərilir və 550 minə yaxın müxtəlif növ ağac və kol tingləri becərilir.

Konfransın “Neft sənayesində alternativ enerji və enerji səmərəliliyi” mövzusuna həsr olunmuş beşinci və sonuncu sessiyasına sədrlik edən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Cəmil Məlikov “Alternativ və bərpa olunan enerji mənbələri üzrə Azərbaycanın dövlət siyasəti” adlı məruzə ilə çıxış etmişdir. Məruzəçi bildirmişdir ki, Prezident İlham Əliyevin müəllifi olduğu alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə dövlət strategiyası uğurla həyata keçirilir. Ölkədə günəş, külək, su enerjisindən istifadə sahəsində görülən işlərdən danışan C.Məlikov həyata keçirilən proqramlar və layihələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

Sessiyada ATƏT-in Bakı ofisinin iqtisadi və ekoloji fəaliyyət bölməsinin rəhbəri Emmanuel Hantzingerin “Enerji səmərəliliyi, Azərbaycanda davamlı enerji siyasətinin növbəti mərhələsi” və “WWF Russia” təşkilatının neft və qaz mütəxəssisi Aleksey Knijnikovun “Rusiyanın neft-qaz sənayesində əsas ekoloji və enerji səmərəliliyi problemləri və onların həlli yollarına baxış” adlı məruzələri də dinlənilmişdir.

Yekun nitqi ilə çıxış edən ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə konfransın işini yüksək qiymətləndirmiş, məruzəçilərə və iştirakçılara şirkətin rəhbərliyi adından minnətdarlığını bildirmişdir.

Bununla da müxtəlif ölkələrin dövlət qurumlarının, neft-qaz şirkətlərinin təmsilçilərindən, ekologiya sahəsində fəaliyyət göstərən alimlərdən və aparıcı mütəxəssislərdən ibarət 250 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi Beynəlxalq konfrans öz işini başa çatdırmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb