“Neftçi” daha bir əcnəbi futbolçunu transfer edə bilər
Bakı, 27 iyul, AZƏRTAC
Heyətinə 4 legioner qatan Bakının “Neftçi” klubu daha bir əcnəbi futbolçunu transfer edə bilər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionatının gümüş mükafatçısının macar futbolçu Soma Novotnı ilə maraqlandığı bildirilir. Hazırda tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, karyerasına Macarıstanın “Veşprem” klubunda başlayan futbolçu 2012-ci ildə “Napoli”yə transfer olub və 2016-cı ilədək İtaliyanın “Paqanese”, “Mantova”, “Südtirol” və Macarıstanın “Diosqyor” klublarına icarəyə verilib. Onun sonuncu komandası “Uypeşt”dir. Futbolçu ölkəsinin müxtəlif yaş qrupları üzrə seçmə komandalarında da oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]