“Neftçi İdman Klubu”nun pauerliftinqçiləri ölkə kubokunda fərqləniblər
Bakı, 10 oktyabr, AZƏRTAC
AAAF Park Yaşayış Kompleksinin idman zalında pauerliftinq üzrə Azərbaycan kubokuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışda respublikanın müxtəlif bölgələrindən 15 komandanın tərkibində 100-dən çox qadın və kişi atlet qalib adı uğrunda mübarizə aparıb.
Yarışın əsas məqsədi ölkənin ən güclü pauerliftinqçilərinin adına aydınlıq gətirməklə yanaşı, həm də noyabrda ABŞ-ın Nyu-Orlean şəhərində keçiriləcək dünya kubokuna hazırlıqdır.
“Neftçi İdman Klubu”nun turnirdə qüvvəsini sınamış atletlərindən üçü mükafatçılar arasında yer alıb. Pərviz Quliyev (67,5 kq) 385 kiloqram ağırlığın öhdəsindən gələrək qalib adını qazanıb. Elşən Abduraxmanov (52 kq) isə 250 kiloqram nəticə ilə eyni uğura imza atıb. Zərif cinsin nümayəndələri arasında təşkil olunan yarışda Tubuxanım Aslanova (52 kq) 120 kiloqram ağırlığı ram edib və gümüş medala layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]