“NEFTÇİ” SƏFƏRDƏ VACİB XAL İTİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 19-da ölkə futbol çempionatında 22-ci turun oyunları başlamışdır.
Günün gözlənilməz hesabı Qaxda qeydə alınmışdır. Ölkə çempionatının qızıl medallarına iddialı “Neftçi” səfərdə “Simurq”un müqavimətini qıra bilməmişdir. Görüş 0:0 hesabı ilə başa çatmışdır. Çempionatın lideri “Olimpik” səfərdə “Masallı” üzərində 2:1 hesabı ilə çətin qələbə qazanaraq turnir cədvəlində mövqeyini daha da möhkəmlətmişdir. Hazırda “Olimpik” 53 xalla turnir cədvəlinə başçılıq edir. “Neftçi” 47 xalla ikinci yerdədir.
Turun digər oyununda “İnter”-“Qarabağ”ı 1:0 hesabı ilə məğlub etmişdir. “Qəbələ”-“ABN-Bərdə”nin qapısından iki cavabsız top keçirmişdir. “Gənclərbirliyi”-“Turan” oyunu isə 1:1 hesabı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]