Azərbaycan Dövlət İnformasiya Agentliyi

Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

“Gülüstan” sarayında Neftçilər Günü peşə bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, Equinor (keçmiş Statoil) şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pedersen, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, SOCAR-ın mətbuat katibi Orxan Hüseynov 29 il öncə “Əsrin müqaviləsi”nin imzalanma prosesində iştirak edən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Neftçilər Gününə həsr olunan “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan konfransa fəxri qonaq qismində qatılan BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, həmçinin Equinor şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pederseni salamlayıb və onları tədbir iştirakçılarına təqdim edib.

Konfransın “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalandığı “Gülüstan” sarayında Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini qeyd edən Orxan Hüseynov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra ötən bir il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin neft-qaz sahəsi üzrə çıxışlarına dair videoçarx təqdim olunub.

Açılış nitqi ilə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısı İlham Əliyevin Neftçilər Günü münasibətilə təbriklərini çatdırıb. İqtisadiyyat naziri Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb. Mikayıl Cabbarov neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun genişləndirilməsinə yönləndirilməsinin Azərbaycanın dayanıqlı və davamlı inkişafını şərtləndirdiyini və iqtisadi gücünü artırdığını qeyd edib.

Energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin neft strategiyasının töhfələri olan layihələrin hər birinin bu gün ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələri olduğunu diqqətə çatdırıb. Nazir ölkəmizdə neft hasilatının 63 faizini təşkil edən Azəri-Çıraq-Günəşli və əmtəəlik qazın, təxminən, 70 faizinin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 milyon ton kondensat çıxarıldığını, 621 milyon ton neft-kondensat həcmlərinin ixrac olunduğunu vurğulayıb. Pərviz Şahbazov “Şahdəniz” yatağından hasil edilən 202 milyard kubmetr qazın isə 143 milyard kubmetrinin xarici bazarlara nəql edildiyini bildirib. Energetika naziri gözlənilən tələbat, etibarlı və təhlükəsiz təchizat marşrutlarına üstünlük verilməsi səbəbindən Azərbaycanın neft-qaz resurslarının uzun müddət bir çox ölkələr üçün prioritet olacağını qeyd edib. Nazir bu xüsusda, AÇG-nin 2050-ci ilədək işlənilməsi ilə bağlı tərəfdaşlarımızla ortaq mövqeyin nəinki ölkəmizdə neft hasilatında, həmçinin tədarük çatışmazlığının yaşandığı enerji bazarlarında sabitlik üçün də önəmli olduğunu vurğulayıb.

BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun Ümummilli Lider Heydər Əliyevlə bir neçə dəfə görüşmək şərəfinə nail olduğunu, Ulu Öndəri güclü və xarizmatik lider kimi xatırladığını, Ümummilli Liderin uzaqgörən rəhbərliyinin Azərbaycanın müasir tarixini və yeni neft strategiyasını formalaşdırdığını ifadə edib. Ulu Öndərin təkcə Azərbaycan xalqının deyil, bütün regionun inkişafında müstəsna rol oynadığını qeyd edən Lord Con Filip Braun Ulu Öndərin sarsılmaz dəstəyi nəticəsində “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” kimi dünya səviyyəli enerji layihələrinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

“Əsrin müqaviləsi”nin imzalanması prosesində “Equinor” şirkətinin Azərbaycan üzrə sabiq prezidenti Tor-İvar Pedersen çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın enerji gələcəyinin formalaşmasında oynadığı mühüm rolun şahidi olduğunu qeyd edib, Ulu Öndərin uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycanın qlobal neft və qaz sənayesində nüfuzunun artdığını vurğulayıb. Ölkəmizin qlobal enerji bazarında mövqeyini möhkəmləndirən çoxsaylı neft və qaz layihələrinin tarixçəsindən bəhs edən fəxri qonaq bunların təməlində Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və fədakarlığının dayandığını ifadə edib.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 2001-ci ildə təsis olunan Neftçilər Günü münasibətilə təbriklərini çatdıran SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan neftçilərinin ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin neft-qaz sənayesinin davamlı inkişafını, onun maddi-texniki bazasının gücləndirilməsini, neftçilərimizin sosial rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti neftçilərə göstərilən hərtərəfli qayğıya görə ölkə başçısına dərin minnətdarlığını ifadə edib.

Rövşən Nəcəf bu il Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini, “Heydər Əliyev İli” çərçivəsində ölkə daxilində və xaricində SOCAR tərəfindən Ulu Öndərə həsr olunan elmi-praktik konfransların, yarışların, düşərgələrin, təhsil müəssisələrində mühazirələrin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan neftçilərinin müasir dövlətimizin qurucusu və yeni enerji strategiyamızın müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim dərin ehtiramla andığını, bu gün əldə etdiyimiz bütün nailiyyətlərin təməlində Ulu Öndərin müdrik və uzaqgörən enerji strategiyasının dayandığını qeyd edib.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə çıxışında Azərbaycan neft-qaz sənayesinin keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən akademik Xoşbəxt Yusifzadə Ulu Öndər ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. SOCAR-ın birinci vitse-prezidenti bu gün Ulu Öndərin yeni enerji strategiyasının ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, regionun aparıcı dövləti olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. “Birinci gün” zərfləri Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən möhürlənib.

Sonda konfrans iştirakçılarına poçt markalarının əks olunduğu hədiyyə çərçivələri təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kreml Putinin Tramp və Zelenski ilə mümkün görüşünə münasibət bildirib

“Çinin düyü mədəniyyəti” - seminar

Meksikalı pilot Serxio Peres: Bakıdakı yarış üçün ümidliyəm

Türk ekspert: Azərbaycan Mərkəzi Asiya ölkələrinin beynəlxalq bazarlara çıxışında mühüm tranzit rolunu oynayır

Hacıqabulda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” müzakirə olunub

Azərbaycan startapı Özbəkistan və Türkiyə bazarlarında işə başlamağı planlaşdırır

Corc Rassel: Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik

Oskar Piastri: Ümid edirəm ki, bu dəfə Bakıdakı yarış bizim üçün daha yaxşı keçər

İki tarix arasındakı reallıq: müharibədən sülh gündəliyinə gedən yol ŞƏRH

Ekspert: Süni intellekt təhsildə müəllim və şagirdlərin imkanlarını genişləndirə bilər

Ev şəraitində konservləşdirilən qidalar nə qədər təhlükəsizdir və bu zaman nələr nəzərə alınmalıdır?

Tailandlı pilot: Bakı trası bizim bolidə uyğundur

Şarl Lekler: Bakı trasında yarışmaqdan zövq alıram

“Valensiya”nın yeni baş məşqçisi məlum olub

Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub

“Red Bull”un pilotu: Bakıda əlimizdən gələnin ən yaxşısını etmək istəyirik

“Qazıməmməd Qazax” magistral qaz kəmərinin 69 kilometrlik hissəsi təmir ediləcək

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

Bakı–Quba yolunda yük maşını minik avtomobilinin üzərinə aşıb, bir nəfər ölüb VİDEO

ADA Universitetində “Sənət inciləri” adlı mühazirə-konsert təşkil olunub

Azərbaycan və IEC enerji sahəsində standartlaşdırma üzrə əməkdaşlığı dəyərləndirib

Buxarestdə Şərqi Avropanın qlobal ticarət marşrutlarındakı rolu müzakirə olunur

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27,9 faiz artıb

"Turan Tovuz" - "Fənərbağça" oyununa 12 mindən artıq bilet satılıb

Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək

Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Azərbaycanda dağ-mədən sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub - ŞƏRH

Beynəlxalq Elektrotexniki Komissiya Azərbaycanla innovativ sahələrdə əməkdaşlığın gücləndirilməsində maraqlıdır

İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib

Azərbaycan Tbilisidə keçirilən IX Dünya Enerji Tənzimləmə Forumunda təmsil olunur

Maliyyə Nazirliyi: İkinci rübdə 22 dövlət müəssisəsinin monitorinqi aparılıb

İntizam Komitəsi “İmişli”nin futbolçusuna 4 oyunluq cəza verib

Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır

“Cadillac” komandasının rəhbəri: Azərbaycan Qran-Prisi cəmi 10 il ərzində Formula 1 təqvimində özünəməxsus yer tutub

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Arpa məbədi

Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Ahıl şəxslər üçün “Qala” qoruğuna ekskursiya təşkil olunub

Çin-Avropa ticarətində yeni logistika modelində Azərbaycan sürətli TIR marşrutlarının əsas halqalarından birinə çevrilir

Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək

Səkkiz ayda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114,7 milyon manat olub

Azərbaycan Qran-Prisi ərzində azarkeşlər üçün əyləncə proqramı hazırlanıb

® “Azerbazalt” və “Isometric” Cənubi Qafqazda ERW üzrə ilk beynəlxalq karbon sertifikatlaşdırma layihəsinə başlayıb

“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan startapları Qazaxıstan bazarına çıxış imkanlarını genişləndirir

Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır

Aslan Kərimov: Tacikistanla yoldaşlıq oyunu Millətlər Liqasına hazırlıq baxımından əhəmiyyətlidir

İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

Qızıl və qeyri-qızıl yataqlarının istismarı qeyri-neft ixracını genişləndirəcək - ŞƏRH

Bir vəkil Kollegiyadan xaric edilib, iki vəkilə töhmət verilib

BMU alimlərinin kitabı “Elsevier” nəşriyyatında işıq üzü görəcək

Dağ-mədən və metallurgiya sənayesinin illik ixrac potensialı 2 milyard dollara çatdırılacaq

BDYPİ-dən piyadalara müraciət: Qaydalara əməl edin, həyatınızı təhlükəyə atmayın

® 100 000 manatadək kredit 5 faizədək endirimlə - “Expressbank”

Qarabağdakı alban abidələrinin tarixi və maddi-mədəni irsi AMEA-da araşdırılıb

Bank sektorunun likvidlik profisiti 2,2 dəfə artıb

Azərbaycanın regional strateji əhəmiyyətli minerallar emalı mərkəzi kimi formalaşması imkanları araşdırılacaq

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

AMB: Səkkiz ayda nağd xarici valyutanın alışı satışını üstələyib

ƏƏSMN-in elektron xidmətlərindən istifadə göstəriciləri açıqlanıb

Rusiya mediası: Vyaçeslav Volodin Dövlət Dumasının sədri vəzifəsində qala bilər

Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməyib

“Neftçi" basketbol komandası Avropa Kubokunda mübarizəyə başlayır

Şərurda yol qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan şəxslər xilas edilib

Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Sabah”ın gənc qapıçısı: Milli komandadan gələn dəvət gözlənilməz oldu

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Yol polisi “2026 Formula 1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar sürücülərə müraciət edib VİDEO

Səməd Vurğunun qızı: Onun vaxtından tez qocalması məni kədərləndirirdi

Azərbaycanda illik 2 milyon ton İsti Briketlənmiş Dəmir istehsal gücü yaradılacaq

BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər

Dağ-mədən və metallurgiya sənayesində elmi potensialın artırılması dəstəklənəcək

ADNSU-da “Boota Green Talent Academy”nin payız proqramı başlayıb

Fariz Əliyev: Bu il Çindən 600 blok qatarının qəbul edilməsi gözlənilir

“Abituriyent” jurnalının 11-ci nömrəsi nəşr edilib

Azərbaycan klubu misirli voleybolçunu heyətinə qatıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Ağdərədəki “Dəmirli” Filiz Emalı Kompleksində 1342 nəfər daimi işlə təmin olunub

Dağ-mədən və metallurgiya sənayesi üçün ixtisaslı kadr hazırlığı gücləndiriləcək

Azərbaycanda geoloji kəşfiyyat işlərinin əhatə dairəsi 15 min kvadratkilometrə çatdırılacaq

Azərbaycanın iki nüfuzlu mütəfəkkiri: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi

“Azəralüminium”un elektroliz zavodunun illik istehsal gücü 100 min tona çatdırılacaq - Dövlət Proqramı

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz artıb

Rəqəmsal platformada dövlət-vətəndaş məmnuniyyətinin kibersuverenliyə təsiri tədqiq olunur

Yeni Dövlət Proqramı Azərbaycanın vacib sənaye mərkəzinə çevrilməsini təmin edəcək ŞƏRH

Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir

Naxçıvanda daşınmaz əmlak sahəsində 9 mindən çox elektron müraciət daxil olub

Dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq -Dövlət Proqramı

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib - FOTO

Naxçıvanda dələduzluqla pulları mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb

Formula 1 Azərbaycan Qran-Prisini 56 telekanal canlı yayımlayacaq

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

Sadır Japarov İssık-Kul gölünün qorunması üzrə BMT fondu yaratmağı təklif edib VİDEO

"Xankəndi” klubu gələn aydan ev oyunlarını Xankəndidə keçirəcək

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib