“Neftçi”nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib, kluba baş icraçı direktor təyin olunub
Bakı, 25 iyun, AZƏRTAC
“Neftçi” Peşəkar Futbol Klubunun baş icraçı direktoru postuna yeni təyinat baş tutub.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, bu vəzifə türkiyəli funksioner Cenk Sümerə tapşırılıb. “Beşiktaş”ın idarəetmə sistemində çalışmış mütəxəssis klubun yenidənqurma və inkişaf, futbol idarəçiliyi, marketinq və biznesin inkişafı departamentlərində rəhbər vəzifələrdə fəaliyyət göstərib, həmçinin vitse-prezident vəzifəsini tutub.
Həm idman, həm menecment sahələrində zəngin təcrübəyə malik C.Sümer “Neftçi”də əsasən strateji idarəetmə ilə məşğul olacaq. İdarəetmə sisteminin təkmilləşdirilməsi, başlamış islahatların sürətləndirilməsi, klubun strukturunun optimallaşdırılması mütəxəssisin qarşısına qoyulan tapşırıqlardandır.
Bununla yanaşı, “Neftçi”nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib. Müşahidə Şurasının sədri Hafiz Zeynalov, üzvləri isə Emin Əmrullayev, Orxan Sultanov, Fərid Hacıyev, Emil Alxaslı, Bəxtiyar Aslanbəyli və Afaq Məmmədova seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]