NEFTİN QİYMƏTİ YENİDƏN QALXMIŞDIR
AZƏRTAC xarici mətbuatın məlumatına istinadən xəbər verir ki, OPEK neftinin qiyməti yenidən artaraq, bir barrel üçün 27 dolları keçmişdir. OPEK katibliyinin iyulun 10-da Vyanada yayılmış məlumatında deyilir ki, bu yaxınlarda keçirilmiş hərracların yekunlarına görə, OPEK-in yeddi neft növündən ibarət olan “zənbilində” bir barrelin qiyməti 26,83 dollardan 27,43 dollara qədər bahalaşmışdır. Ekspertlərin fikrincə, dünya neft bazarında qiymətlərin dəyişməsi, əsas etibarı ilə, Kaliforniyada və Texasdakı nəhəng neft emalı zavodlarında yaranmış problemlərlə əlaqədardır. ABŞ-da neft ehtiyatları xeyli aşağı səviyyədə toplandığından Amerika istehlakçılarının benzinlə təchizatındakı hər hansı, hətta ən cüzi fasilələr belə dünya neft bazarına adi vaxtdakından qat-qat çox təsir göstərəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]