“Neoklassika dünyası” adlı konsert təşkil edilib
Bakı, 10 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Neoklassika dünyası” adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, “RED EVENTS & Distribution ltd” kreativ agentliyinin təşkil etdiyi musiqi axşamında istedadlı pianoçu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, R. Behbudov adına 2 nömrəli musiqi məktəbinin müəllimi Nigar Əsədullayevanın ifasında “Neoklassika dünyası” adlı proqram təqdim olunub. O, Lüdoviko Eynaudi, Hans Simmer, Maks Rixter və Olafur Arnalds kimi neoklassika ustadlarının fortepiano əsərlərini ifa edib.
Proqramda “May it Be”, “Only Time”, “Karib dənizinin quldurları” filmindən saundtreklər, məşhur “Una matına”, “Songs for Tony” və hazırda neoklassika sırasına daxil olan digər kompozisiyalar yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:55]
Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir
- 09.10.2026 [14:36]
Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
- 09.10.2026 [12:44]