DÜNYA
Nepalda avtobus qəzası nəticəsində 12 nəfər ölüb
![Nepalda avtobus qəzası nəticəsində 12 nəfər ölüb](/files/2024/1/1200x630/17051320136428952831_1200x630.jpg)
Bakı, 13 yanvar, AZƏRTAC
Nepalın qərbində avtobusun körpüdən çaya düşməsi nəticəsində azı 12 nəfər həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə regional polis rəisi bildirib. Onun sözlərinə görə, qəzada 12 nəfərin öldüyü, daha 22 nəfərin yaralandığı təsdiqlənib.
Bildirib ki, sürətlə hərəkət edən avtobus cümə günü gecə saatlarında çayın üzərindəki körpünün məhəccərinə çırpılıb və suya düşüb. Xilasedicilər avtobusu çaydan təxminən dörd saat sonra çıxara biliblər. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
İçərisində 36 sərnişinin olduğu avtobus Nepalın paytaxtı Katmanduya gedirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:22]
Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir
- 02.07.2024 [19:14]
Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var
- 02.07.2024 [18:20]
Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb
- 02.07.2024 [18:07]
Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
- 02.07.2024 [18:06]
Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir
- 02.07.2024 [17:42]