NƏQLİYYAT NAZİRLİYİNDƏ GÖRÜŞ
Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar. Tanınmış oftalmoloq alim Zərifə xanım Əliyevanın da xatirəsi anılmışdır.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi, 2006-cı ildə TRASEKA dəhlizində tranzit daşınmaların həcminin artırılması yolları və digər məsələlər müzakirə edilmişdir.
Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu layihəsinə Qazaxıstanın da qoşulmasına, Xəzərdə dəniz nəqliyyatının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.