NƏQLİYYATIN İNKİŞAFINA DAİR SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Yerli mütəxəssislərin, Asiya İnkişaf Bankı və “Skott Vilson” şirkəti nümayəndələrinin və nəqliyyat bölməsinin digər təmsilçilərinin qatıldıqları tədbirdə Azərbaycanda nəqliyyatın inkişaf strategiyasında icra mexanizminin formalaşdırılması, icra mərhələsinin müəyyənləşdirilməsi, maliyyə mənbələrinin tapılması və digər məsələlər müzakirəyə çıxarılmışdır.
Nəqliyyat nazirinin müavini Musa Pənahov son illər Azərbaycanda nəqliyyat bölməsinin inkişafından danışaraq demişdir ki, əldə olunan uğurlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılmışdır. Görülən tədbirlər nəticəsində Azərbaycanda tranzit daşınmaların həcmi sürətlə artır, gəlirlər çoxalır, yeni-yeni iş yerləri yaradılır.
Seminar fevralın 15-də öz işini davam etdirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]