NƏRİMANOV RAYONUNDA NÖVBƏTİ MƏHƏLLƏLƏRARASI MİNİ-FUTBOL TURNİRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 20-də Nərimanov rayonundakı Bakı Özəl Türk Liseyinin idman zalında 1995-96-cı il təvəllüdlü yeniyetmələr arasında məhəllələrarası mini-futbol turniri başlanmışdır.
AFFA-nın, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə keçirilən bu yarışda 8 komanda dairəvi sistem üzrə iki yarımqrupda mübarizə aparır.
Açılış mərasimində çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov bildirmişdir ki, turnirin keçirilməsindən məqsəd ölkə başcısının müvafiq Sərəncamına uyğun olaraq, futbolun inkişafına dair Dovlət Proqramının icrasını təmin etmək və idmançılarımızın ustalıq səviyyəsini artırmaqdan ibarətdir. Ölkəmizin gələcəyinin xeyli dərəcədə fiziki cəhətdən sağlam nəslin yetişməsindən asılı olduğunu bildirən R.Abbasov idmanın hər bir insanın sağlamlığında xüsusi rol oynadığını qeyd etmişdir.
Raqif Abbasov Azərbaycanda bu sahənin inkişafının dövlətin daim diqqət mərkəzində olduğunu söyləyərək vurğulamışdır ki, Bakı şəhəri üzrə uşaqlar arasında artıq 9-cu mini-futbol turniri keçirilir. O, turnir iştirakçılarına ən mötəbər yarışlarda ölkəmizin idman şərəfini ləyaqətlə təmsil etməyi arzulamışdır.
Tədbirdə çıxış edən digər natiqlər bildirmişlər ki, ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, gənc nəslin sağlam həyat tərzinə meylinin artırılması baxımından belə turnirlərin müxtəlif yaş qrupları üzrə və mütəmadi şəkildə keçirilməsi çox vacibdir.
Bildirilmişdir ki, yarışlarda yaxşı oyunu ilə seçilən futbolçular diqqət mərkəzində saxlanılacaq və onların bu sahədə uğur qazanmaları üçün hər cür şərait yaradılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]