N.H.NƏSRULLAYEVİN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın tanınmış dövlət xadimi Nəsrulla Hidayət oğlu Nəsrullayevin xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhəri İcra Hakimiyyəti Nəsrulla Hidayət oğlu Nəsrullayevin yaşadığı binaya (Neftçilər prospekti, 93) xatirə lövhəsinin vurulmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2005-ci il.