Nicat Məmmədli: “TəhsilPlus” kartı müəllim nüfuzunun artırılmasına xidmət edir
Bakı, 18 iyul, AZƏRTAC
“TəhsilPlus” kartı müəllimlərin peşəkar fəaliyyətinin qiymətləndirilməsi və cəmiyyətdəki nüfuzunun yüksəldilməsi baxımından əhəmiyyətli addımdır.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard”ın birgə təşəbbüsü ilə reallaşdırılan “TəhsilPlus” kartının təqdimat mərasimində deyib.
Nicat Məmmədli qeyd edib ki, müəllimlərin rifahının yaxşılaşdırılması və ictimai nüfuzunun möhkəmləndirilməsi istiqamətində atılan hər bir addım olduqca vacibdir: “Bu təşəbbüs həmin məqsədə xidmət edir. Kartdan əldə edilən keşbek gəlirləri birbaşa müəllimlərin rifahına yönəldiləcək. Layihə həm də onların peşəkar nüfuzunun artırılmasına və ümumilikdə təhsilin inkişafına töhfə verəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:34]
Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub
- 30.09.2026 [17:25]
“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub
- 30.09.2026 [16:23]
Tələbə rəyi ADPU-da əsas keyfiyyət alətlərindən birinə çevrilir
- 30.09.2026 [16:11]