Niderland qəzeti : Novruz –Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir
Haaqa, 18 mart, AZƏRTAC
Niderlandın “The Holland Times” qəzetində “Novruz bayramı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir” adlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanda Novruz bayramı şənliklərindən, milli adət-ənənələrimizi özündə ehtiva edən Novruz bayramının tarixindən söz açılıb. Dünya üzrə 300 milyondan çox insan tərəfindən qeyd edilən Novruz bayramının Azərbaycan xalqı tərəfindən nəsildən-nəslə ötürülərək qorunub saxlanıldığı bildirilib.
Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Yazıda Novruzun sülh, barışıq və həmrəylik kimi dəyərləri təşviq etdiyi vurğulanıb, bu bayramın adət-ənənələri təsvir edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa