Nigerdə dövlət çevrilişinə uğursuz cəhd edilib
Bakı, 31 mart, AZƏRTAC
Nigerdə bir qrup hərbçinin dövlət çevrilişinə cəhdinin qarşısı alınıb.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, bu barədə Nigerin Təhlükəsizlik Xidmətindəki mənbə bildirib.
Məlumata əsasən, insident martın 31-də yerli vaxtla saat 03:00-da baş verib. Ölkənin paytaxtı Niamey şəhərində bir qrup hərbçi prezident sarayına hücum etsə də, prezident qvardiyasının müqaviməti ilə rastlaşıb. Nəticədə çevrilişin təşəbbüskarı olan üç hərbçi həbs edilib. Şahidlərin sözlərinə görə, atışma təxminən bir saata yaxın davam edib. Təhlükəsizlik Xidmətinin yüksək rütbəli əməkdaşı hazırda ölkədəki vəziyyətin tam nəzarət altında olduğunu bildirib. Niger hakimiyyəti isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
Hadisə Nigerdə keçirilən prezident seçkilərində qələbə qazanan hakim partiyanın namizədi Məhəmməd Bazumun inauqurasiyasına 48 saat qalmış baş verib. Ölkənin hazırkı dövlət başçısı iki prezidentlik müddətini başa vurduğu üçün bu seçkilərdə iştirak etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]