“NİKOİL BANK” NİZAMNAMƏ FONDUNUN MƏBLƏĞİNİ 10 MİLYON MANATA ÇATDIRMAĞI PLANLAŞDIRIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Nikoil Bank”ın 5 milyon 219 min manatlıq səhmlərinin emissiyasını qeydiyyata almışdır.
Emissiyanın şərtlərinə əsasən, yerləşdirilmə Bakı Fond Birjasında açıq abunə yolu ilə həyata keçiriləcəkdir. Anderrayter rolunda “İnternational Transaction Systems” şirkəti çıxış edir.
Emitentin payçıları 6 ay ərzində səhm kapitalındakı payları qədər yeni səhm almaq imkanı qazanırlar. Bununla da bankın hazırkı nizamnamə fondunu 2 dəfə artırmaq mümkün olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:43]
Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb
- 15.10.2026 [18:28]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 15.10.2026 [18:00]