Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək
Bakı, 29 yanvar, AZƏRTAC
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş şahmat üzrə onlayn respublika birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, komanda xarakterli rapid yarışı fevralın 5-7-də www.tornelo.com internet portalı üzərindən təşkil olunacaq.
İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq birincilikdə matçlar 6 lövhədə oynanılacaq. Komandaların tərkibi 4 oğlan, 2 qız və 1 kapitandan ibarətdir. Oyuna nəzarət vaxtı 10 dəqiqə, hər gedişə +5 saniyədir.
Yarışın nəticələrinə görə, fərqlənən şahmatçılar mükafatlandırılacaqlar.
Respublika birinciliyinin keçirilməsində əsas məqsəd Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, sürətli şahmat üzrə qalib komandaların müəyyənləşdirilməsi, müasir texnologiyalardan istifadə etməklə şahmatçıların oyun təcrübələrinin artırılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]