NOBEL SÜLH MÜKAFATINA DAHA NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSİ BAŞA ÇATMIŞDIR
Namizədlərin qəti sayı fevralın 13-də, poçtla göndərilə biləcək sonuncu təkliflərdən sonra məlum olacaqdır.
Çoxdan yaranmış ənənəyə görə, Nobel mükafatı komitəsi nə namizədlərin, nə də onları təqdim edənlərin adlarını açıqlamır. Bəzi məlumatlara görə, ABŞ Prezidenti Corc Buş, Böyük Britaniyanın Baş naziri Toni Bleyer, Roma Papası II Pavel İohann, Çexiyanın keçmiş prezidenti Vatslav Havel namizədlər arasındadır.