DÜNYA
NORVEÇ HÖKUMƏTİ İSTEFA VERMİŞDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Norveçin Baş naziri Hyöl Maqne Bunnevik sentyabrda keçirilmiş ümumi parlament seçkilərində hakim koalisiya məğlubiyyətə uğradıqdan sonra öz hökumətinin istefa verdiyini rəsmən bəyan etmişdir. Norveç kralı V Harald hökumətin istefasını qəbul etmiş və Norveç İşçi Partiyasının lideri Ens Stoltenberqdən yeni kabinet yaratmağı xahiş etmişdir. E.Stoltenberq kralla görüşündən sonra bildirmişdir ki, yeni hökumətin tərkibi oktyabrın 17-də təqdim olunacaqdır.
Gələcək kabinetə Norveç İşçi Partiyası, Sosialist Sol Partiyası və Mərkəz Partiyasını birləşdirən “Qırmızı-Yaşıl Koalisiya” Partiyasının nümayəndələri daxil ediləcəklər. Sentyabrda keçirilmiş parlament seçkilərində məhz bu partiyalar 169 yerlik Stortinqə (parlamentə) 87 mandat alaraq qələbə qazanmışdır.