NOYABR AYINDA SÜVEYŞ KANALININ İŞLƏDİLMƏSİNDƏN REKORD MƏBLƏĞDƏ GƏLİR ƏLDƏ EDİLMİŞDİR
AZƏRTAC Misirin MENA agentliyinə istinadla xəbər verir ki, noyabr ayında Süveyş kanalından istifadə olunmasından 270 milyon dollar gəlir əldə edilmişdir ki, bu da həmin kanalın bütün tarixi ərzində ən yüksək göstəricidir. Kanalın müdiriyyətinin başçısı Əhməd Fadelin sozlərinə görə, ötən ay ərzində kanaldan 1464 (gündə orta hesabla 49) gəmi keçmiş, yük daşımalarının ümumi həcmi isə 53 milyon tona çatmışdır. Fadel demişdir ki, belə yüksək göstəricilər naviqasiya və gəmilərin hərəkətinə nəzarət sisteminin təkmilləşdirilməsi, habelə iritonnajlı ən müasir gəmilərin buradan keçməsini təmin etmək üçün kanalın dərinləşdirilməsi və genişləndirilməsi sahəsində mütəmadi surətdə görülən işlər sayəsində qazanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]