Noyabrın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 7-10°, gündüz 13-17° isti, Bakıda gecə 8-10°, gündüz 15-17° isti olacaqdır.
Atmosfer təzyiqi 772 millimetr civə sütunundan 768 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Gündüz əsasən yağmursuz olacaq.
Temperaturun gecə 2-6°, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Gündüz əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Gündüz əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir
Temperaturun gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
Gündüz əsasən yağmursuz, lakin gecə və səhər bəzi yerlərdə duman və çiskin olacağı proqnozlaşdırılır.
Temperaturun gecə 4-9°, gündüz 12-17° isti, dağlarda gecə 3° şaxtadan, 2°-dək isti, gündüz 4-9° isti olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Gündüz əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-10°, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
Bəzi yerlərdə yağış yağacağı ehtimal olunur, səhər dağlarda duman olacaq.
Temperaturun gecə 7-11°, gündüz 14-19° isti, dağlarda gecə 2-6°, gündüz 10-15° isti olacağı gözlənilir.