CƏMİYYƏT
Noyabrın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 8-11°, gündüz 14-17° isti, Bakıda gecə 9-11°, gündüz 14-16° isti olacaqdır.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 Təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Gecə və axşam bəzi yerlərdə yağış yağacaqdır.
Gecə 3-8° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Gecə və axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
Gündüz əsasən yağmursuz keçəcəkdir.
Gecə 5-10°, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
Arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10°, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan, 3°-dək isti, gündüz 8-12° isti olacağı ehtimalı vardır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
Səhər ayrı-ayrı yerlərdə duman və çiskin olacaq, gündüz əsasən yağmursuz keçəcəkdir.
Temperaturun gecə 6-11°, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
Arabir yağış yağacağı ehtimal edilir, səhər dağlarda duman olacaqdır.
Gecə 8-11°, gündüz 15-18° isti, dağlarda gecə 1-6°, gündüz 10-15° isti olacaqdır.