CƏMİYYƏT
Noyabrın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 8-12°, gündüz 13-17° isti, Bakıda gecə 9-11°, gündüz 14-16° isti olacaqdır.
Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-7°, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 10-15° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağış yağacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,
Füzuli və Cəbrayıl rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 5-9°, gündüz 12-16° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimal olunur.
Temperatur gecə 4-8°, gündüz 9-14° isti, dağlarda gecə 0-4° , gündüz 4-8° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,
Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar,
Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacaq, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 8-11°, gündüz 12-16° isti, dağlarda gecə 3-7°, gündüz 7-11° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əlverişlidir.