Noyabrın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 8-12°, gündüz 17-21° isti, Bakıda gecə 9-11°, gündüz 18-20° isti olacaqdır.
Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperaturun gecə 2-7°, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə yağış yağacaqdır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-8°, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-7°, gündüz 10-15° isti, dağlarda gecə 0-4°, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş,Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacaqdır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
bəzi yerlərdə yağış yağacaq, səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 7-9°, gündüz 14-19° isti, dağlarda gecə 3-7°, gündüz 7-12° isti olacağı gözlənilir.