CƏMİYYƏT
Noyabrın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 9-12°, günün birinci yarısında 18°-dək, axşama doğru 10-12° isti, Bakıda gecə 9-11°, günün birinci yarısında 16-18°, axşama doğru 10-12° isti olacaqdır.
Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin günün ikinci yarısından bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 1-6°, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq, axşama doğru bəzi yerlərdə yağış yağacaqdır.
Temperaturun gecə 6-11°, gündüz 13-18° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10°, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-11° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə yağış yağacağı ehtimal olunur.
Temperaturun gecə 6-11°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz olacaqdır. Səhər dağlarda duman olacağı, axşam isə yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-12°, gündüz 15-19° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 15-i axşama doğru və 16-da günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi, güclü xəzri küləyi və temperaturun 5-7° aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir.