Noyabrın 16-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq, günün ikinci yarısında tədricən kəsiləcəkdir.
Temperatur gecə 8-11°, gündüz 12-14° isti, Bakıda gecə 9-11°, gündüz 12-14° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunundan 769 millimetr civə sütunu yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-5°, bəzi yerlərdə 4°-dək şaxta, gündüz 10-16° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
yağış yağacağı, sulu qara, qara keçəcəyi ehtimal olunur.
Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağış yağacağı, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağış yağacaq, günün ikinci yarısında tədricən kəsiləcəkdir.
Temperaturun gecə 5-10°, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Temperatur gecə 6-10°, gündüz 12-14° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaqdır.